Türkiyenin BMT yanında yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb

Türkiyenin Birləşmiş Millətlər Təşkilatına (BMT) daimi nümayəndə təyin olan səfir Sedat Önal etimadnaməsini BMT-nin baş katibi Antonio Quterreşə təqdim edərək vəzifəsinin icrasına başlayıb.

1949954
Türkiyenin BMT yanında yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb

Səfir Önal, BMT-nin ABŞ-ın Nyu York şəhərindəki baş qərargahında Quterreşin qəbulunda olub. Səfir qəbul zamanı etimadnaməsini Baş katibə təqdim edərək vəzifəsinin icrasına başlayıb. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, qəbulda Türkiyedə çox saydan insanın həyatını itirməsinə və dağıntılara səbəb olan zəlzələlərdən sonra BMT-nin, beynəlxalq ictimaiyyətin humanitar yardım üçün səfərbər edilməsində rolunu davam etdirməsinin və Türkiye ilə tam həmrəylik nümayiş etdirməsinin əhəmiyyəti vurğulanıb. Ukrayna və Rusiya taxılının, xüsusi ilə gübrəsinin ehtiyacı olan ölkələrə daşınmasını təmin etmək üçün taxıl sazişinin icrasının vacibliyinə toxunulub. Sıfır tullantı məsələsi də daxil olmaqla, Türkiye ilə BMT arasında geniş sahədə əməkdaşlıq və koordinasiyanın davam etdirilməsi məqsədinə sadiqlik qarşılıqlı şəkildə təsdiqlənib.

Qeyd edək ki, Türkiyenin BMT nəzdindəki daimi nümayəndəsi vəzifəsini səfir Feridun Sinirlioğlundan təhvil alan Önal 2018-ci ildən xarici işlər nazirinin müavini vəzifəsində çalışır.

 



Әlaqәli Xәbәrlәr