Kahramanmaraş zəlzələlərində can itkisi 32 minə yaxınlaşdı

Fövqəladə Halların İdarə Olunması Agentliyi - AFAD açıqlayıb

1946373
Kahramanmaraş zəlzələlərində can itkisi 32 minə yaxınlaşdı

 

  Fevralın 6-da Kahramanmaraşda baş verən və 10 rayonu təsiri altına alan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə can itkisi 31 min 974-ə yüksəlib.

  Fövqəladə Halların İdarə Olunması Agentliyi - AFAD zəlzələlər nəticəsində 31.974 nəfərin həyatını itirdiyini açıqlayıb.

  Fevralın 6-dan indiyədək bölgədə 3170 yeraltı təkan qeydə alınıb.

  200 minə yaxın fəlakət qurbanı digər əyalətlərdən təxliyə olunub.

  Təxminən 250 min personalla dağıntılar altında axtarış-xilasetmə işləri davam edir.



Әlaqәli Xәbәrlәr