Türkiyedә zәlzәlә nәticәsindә hәyatını itirәnlәrin sayı 19 388 nәfәrә çatıb

Fevralın 6-da Türkiyenin Kahramanmaraş şәhәrindә baş verәn güclü zәlzәlәlәr nәticәsindә indiyәdәk hәyatını itirәnlәrin sayı 19 388 nәfәrә çatıb.

1945043

Zәlzәlәlәrin baş verdiyi şәhәrlәrә sәfәr etmәyә davam edәn Türkiye Prezidenti Rәcәb Tayyib Әrdoğan Malatya şәhәrindә verdiyi açıqlamada zәlzәlәlәr nәticәsindә hәyatını itirәnlәrin sayının 19 388 nәfәrә, xәsarәt alanların sayının isә 77 min 711-ә yüksәldiyini deyib.

Rәcәb Tayyib Әrdoğan zәlzәlәlәrdәn sonra 76 mindәn çox zәrәrçәkәnin başqa şәhәrlәrә tәxliyә edildiyini bildirib.

Dağılan binaların dağıntıları altında qalan vәtәndaşların xilas edilmәsi ilә әlaqәdar hәyata keçirilәn әmәliyyatlar fasilәsiz davam etdirilir. Rәcәb Tayyib Әrdoğan bölgәdә ümumilikdә 141 mindәn çox xilasedicinin fәaliyyәt göstәrdiyini deyib.

Fövqәladә Hallar İdarәsi (AFAD), Ailә vә Sosial Xidmәtlәr Nazirliyi vә Qızıl Aypara Cәmiyyәti tәrәfindәn zәlzәlә nәticәsindә ciddi zәrәr görmüş 10 şәhәrә 137 973 çadır, 1 milyon 507 min 494 әdyal göndәrildi, 97973 çatır qurulub.

Kilis vә Şanlıurfada axtarış-xilasetmә әmәliyyatların başa çatdırıldığı bildirilib.

Әlaqәli Xәbәrlәr