Rəcəb Tayyib Ərdoğan VII Anadolu Media Mükafatları mərasimində çıxış edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyədə 2023-cü ildə mətbuat 90-cı, 80-ci və 70-ci illərdəkindən qat-qat azaddır.

1928226
Rəcəb Tayyib Ərdoğan VII Anadolu Media Mükafatları mərasimində çıxış edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyədə 2023-cü ildə mətbuat 90-cı, 80-ci və 70-ci illərdəkindən qat-qat azaddır.
Prezident Rəcəb Tayyib Ərdoğan Anadolu Nəşriyyatçılar Dərnəyi (AYD) tərəfindən Prezident İqamətgahında  təşkil edilən VII Anadolu Media Mükafatları mərasimində iştirak edib.
Türkiyənin son 20 ildə demokratiya ilə yanaşı, mənəviyyat və mətbuat azadlığı sahəsində də irəlilədiyini ifadə edən Rəcəb Tayyib Ərdoğan deyib:“Ölkəmizin mətbuat tarixini bilən, obyektiv uçot aparan hər kəs razılaşar ki, mətbuatımız daha müstəqil, plüralist və zəngin struktura malikdir.Həqiqətən də Türkiyedə 2023-cü ildə mətbuat 90-cı, 80-ci, 70-ci illərdəkindən qat-qat azaddır''. 
Prezident çıxışında Twitter sosial media platformasının Elon Musk tərəfindən alınmasından sonra bir qrup jurnalistin açıqladığı “Twitter Faylları” başlıqlı açıqlamalara da toxunub.
“Azadlığın və şəxsi həyatın toxunulmazlığından heç vaxt güzəştə getməyən bu sosial media platformasının kiminlə iş gördüyü, pərdə arxasında nəyə xidmət etdiyi bir-bir üzə çıxır, ancaq nə beynəlxalq media orqanları, nə də insan hüquqları təşkilatları bu qalmaqallara reaksiya göstərmir'',-deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr