Mövlud Çavuşoğlu Suriya müxalifəti ilə görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu paytaxt Ankarada Suriya müxalifəti ilə görüşüb.

1927522
Mövlud Çavuşoğlu Suriya müxalifəti ilə görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu paytaxt Ankarada Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının (SMDK) sədri Səlim əl-Muslat, Suriya Müzakirə Komissiyasının sədri Bedir Camyu və Suriya Müvəqqəti Hökumətinin sədri Əbdürrəhman Mustafanı qəbul edib.

Çavuşoğlu "Twitter" hesabındakı paylaşımında "Suriya müxalifət liderləri ilə Xarici İşlər Nazirliyində keçirdiyi görüşlə bağlı Suriya kontekstindəki son hadisələri müzakirə etdik. BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Suriya müxalifətinə və xalqına dəstəyimizi bir daha bəyan etdik" deyib.

Qeyd edək ki, 2015-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) tərəfindən yekdilliklə təsdiq edilən 2254 saylı qətnamə Suriyada fövqəladə atəşkəsin təmin edilməsi və buna paralel olaraq siyasi danışıqların başlanması; iki il ərzində “birlik hökuməti”nin yaradılmasını, ardınca isə seçkilərin keçirilməsini tələb edir.



Әlaqәli Xәbәrlәr