Müdafiə sənayesi icraiyyə komitəsi yeni qərarlar qəbul edib

Türkiye Müdafiə Sənayesi İcraiyyə Komitəsinin növbəti iclasında ölkənin müdafiə sənayesinin fəaliyyətinə dair mühüm qərarlar qəbul edilib.

1921690
Müdafiə sənayesi icraiyyə komitəsi yeni qərarlar qəbul edib

Prezident Administrasiyasından yayılan açıqlamada bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dünən baş tutan iclasda ölkənin hava müdafiə sistemlərini gücləndirmək üçün “Siper”, “Hisar” və “Sungur” sistemlərinin növbəti istehsalı ilə bağlı qərar qəbul edib.

Bundan başqa, MİLGEM (Milli Gəmi) layihəsi, pilotsuz uçuş aparatları (İHA) istehsalında yeniliklər, F-16 qırıcılarının modernləşdirilməsi və sair mühüm məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib, zəruri tədbirlərin görülməsində razılıq əldə olunub.

İclasda bir daha qeyd olunub ki, müdafiə sənayesinə dair xaricdən asılılığın aradan qaldırılması milli maraqları özündə ehtiva edir.

 



Әlaqәli Xәbәrlәr