Rәcәb Tayyib Әrdoğan Sadır Japarovu ad günü münasibәtilә tәbrik edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarovu ad günü münasibətilə təbrik edib.

1915656
Rәcәb Tayyib Әrdoğan Sadır Japarovu ad günü münasibәtilә tәbrik edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarovu ad günü münasibətilə təbrik edib.

Bu barədə Qırğızıstan Prezidenti Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilib. Məlumatda Prezident Rəcəb Tayyib Ərdoğanın Qırğızıstanla ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərə əsaslanan əlaqələrin yeni strateji səviyyəyə çatdırılmasından məmnunluğunu ifadə etdiyi bildirilib.

Məlumatda həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın  dost və qardaş Qırğızıstan ila Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli format başda olmaqla ikitərəfli və regional münasibətləri inkişaf etdirmək üçün qarşılıqlı səylər göstərməyə davam edəcəklərini ifadə edib.

Rәcәb Tayib Әrdoğan mesajında bu ifadәlәrә yer verib: ‘‘Qardaş xalqlarımız arasındakı әlaqәlәrin güclәnmәsini vә dәrinlәşәn ikitәrәfli münasibәtlәrimiz sayәsindә Türkiye vә Qırğızıstan dostluğunun әsrlәr boyu davam etmәsini arzulayıram’’.



Әlaqәli Xәbәrlәr