Prezident Ərdoğan Qətərdən qayıtdı

Prezident Rəcəb Tayyib Ərdoğan Qətərdə keçirilən 2022 FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) Dünya Çempionatının açılışı çərçivəsində baş tutan ziyafətdə liderlərlə görüşüb.

1908564

Prezident Ərdoğan Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin dəvəti ilə dünən axşam getdiyi Qətərin paytaxtı Dohada Əl-Beyt Stadionunda verilən ziyafətdə bəzi liderlərlə ayaqüstü görüşüb.

Dövlət başçısı Fələstin Prezidenti Mahmud Abbas, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, İordaniya kralı II Abdullah, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum, Küveytin vəliəhdi Şeyx Mişal Əl-Əhməd Əl-Cabir Əl-Sabah və FIFA prezidenti Canni İnfantino əl sıxaraq söhbət edib.

Prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra vətənə qayıdıb.

Әlaqәli Xәbәrlәr