İspaniya Türkiyə üçün “Patriot”un vaxtını uzatdı

Bununla əlaqədar Türkiyənin milli müdafiə naziri Hulusi Akar ispaniyalı həmkarı Marqarita Robles ilə danışıb, müttəfiqlik ruhuna uyğun hərəkətləri və dəstəyinə görə təşəkkürünü bildirib

1905791
İspaniya Türkiyə üçün “Patriot”un vaxtını uzatdı

 

  İspaniya Türkiyənin hava hücumundan müdafiəsinə dəstək üçün göndərdiyi “Patriot” raketdən müdafiə sistemi və məsul hərbçilərin xidmət müddətini 2023-cü ilin iyun ayına qədər uzatdı. Bununla əlaqədar Türkiyənin milli müdafiə naziri Hulusi Akar ispaniyalı həmkarı Marqarita Robles ilə danışıb, müttəfiqlik ruhuna uyğun hərəkətləri və dəstəyinə görə təşəkkürünü bildirib.

  Qeyd edək ki, Hollandiyanın “Patriot” raketdən müdafiə sistemi 26 yanvar 2013-cü ildə Suriyadan Türkiyəyə hücum təhlükəsinə qarşı NATO-nun Türkiyəni qorumaq səylərini dəstəkləmək üçün Adanada yerləşdirilmişdi. 2015-ci ilin yanvarında bu vəzifəni Hollandiyadan təhvil alan İspaniya o vaxtdan bu missiyanı davam etdirir. İspaniyanın Türkiyənin hava hücumundan müdafiəsinə dəstək üçün göndərdiyi, Adanada yerləşdirilmiş “Patriot” raketdən müdafiə sisteminin mandatı 2022-ci ilin sonunda başa çatırdı.



Әlaqәli Xәbәrlәr