TBMM-nin sədri Moldovada səfərdədir

Danışıqlar zamanı bölgədə yaşayan qaqauz türklərini xatırladan Şentop onların iki ölkə arasında xüsusi bir bağ yaratdığını qeyd edib..

1880477
TBMM-nin sədri Moldovada səfərdədir

 

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Moldovanın paytaxtı Kişinyovda səfərdədir.

  M.Şentop əvvəlcə Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşüb.

  Danışıqlar zamanı bölgədə yaşayan qaqauz türklərini xatırladan Şentop onların iki ölkə arasında xüsusi bir bağ yaratdığını qeyd edib: “Moldovada yaşayan qaqauzlar əlaqələrimizdə xüsusi bağ, ölkələrimiz arasında dostluq körpüsü yaradır”.

  Moldova Parlamentinin sədri İ.Qrosu qış aylarında Avropada yaşanması gözlənilən enerji böhranında Türkiyədən dəstək istəyib, Yaxın Şərq regionlarından Avropaya Xəzərdən təbii qaz tədarükü marşrutu olan Cənub Qaz Dəhlizindən istifadə istəyini çatdırıb.

  Mustafa Şentop Moldova prezidenti Maia Sandu və baş nazir Natalia Qavrilita ilə də görüşəcək.

  Türkiyə Böyük Millət Məclisinin sədri paytaxt Kişinyovdakı görüşlərdən sonra qaqauz türklərinin yaşadığı Komrat bölgəsinə gedəcək.



Әlaqәli Xәbәrlәr