“Krım tatar türklərinin hüquqlarını müdafiəyə davam edəcəyik”, M.Çavuşoğlu

Twitter” hesabındakı paylaşımında Kırmızıoğlu və Cepparı qonaq etdiyini yazan M.Çavuşoğlu bildirib...

1876050
“Krım tatar türklərinin hüquqlarını müdafiəyə davam edəcəyik”, M.Çavuşoğlu

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna xarici işlər nazirinin müavini Əminə Ceppar və Krım tatar-türk xalqının lideri, Ukraynanın millət vəkili Mustafa Əbdülcəmil Kırmızıoğlu ilə görüşüb.

  “Twitter” hesabındakı paylaşımında Kırmızıoğlu və Cepparı qonaq etdiyini yazan M.Çavuşoğlu bildirib: “Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə və Krım tatar türklərinin hüquqlarını müdafiəyə davam edəcəyik”.

  Ukrayna xarici işlər nazirinin müavini Ceppar da “Twitter” hesabında Türkiyəyə səfəri çərçivəsində nazir Çavuşoğlunun səmimi qəbuluna görə minnətdarlığnı bildirib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krım Platformasının II Zirvə Toplantısında iştirakını və Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstəyini yüksək qiymətləndirdiklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr