Türkiyə parlamentinin sədri Qırğızıstanda

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) 11-ci Toplantısı üçün getdiyi Qırğızıstanın Çolpon-Ata şəhərində ölkə prezidenti Sadır Caparov tərəfindən qəbul edilib

1847914
Türkiyə parlamentinin sədri Qırğızıstanda

 

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) 11-ci Toplantısı üçün getdiyi Qırğızıstanın Çolpon-Ata şəhərində ölkə prezidenti Sadır Caparov tərəfindən qəbul edilib.

  Qırğızıstan Prezident Aparatı Mətbuat Mərkəzindən verilən məlumata görə, S.Caparov M.Şentop ilə ikitərəfli əməkdaşlığın aktual məsələləri, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıb.

  Qırğızıstan və Türkiyə xalqlarının mədəniyyət və adət-ənənələrində ortaq dəyərləri paylaşdıqlarını vurğulayan Sadır Caparov “Biz hər zaman ikitərəfli əlaqələrimizi inkişaf etdirməyə hazırıq” deyərək bunları söyləyib: “2022-ci ildə IV Dünya Köçəri Oyunları Bursanın İznik şəhərində keçiriləcək. Oyunlara qatılacaq Qırğızıstan tərəfi həm də tədbirin təşkilində köməklik göstərə bilər.”

  TBMM sədri M.Şentop da öz növbəsində Türkiyə parlamentinin ölkələrarası birgə əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu dilə gətirərək “Türkiyə ilə Qırğızıstan arasında əməkdaşlıq, xüsusilə ticarət və iqtisadiyyat sahəsində sürətlə inkişaf edir” deyib.



Әlaqәli Xәbәrlәr