Ərdoğan və Nehammer Madriddə bir araya gələcəklər

Avstriya Baş Nazirliyinin APA Avstriya xəbər agentliyinə yazılı məlumatında bildirilir...

1822499
Ərdoğan və Nehammer Madriddə bir araya gələcəklər
Karl Nehammer.jpg

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO Liderlər Zirvə Toplantısında Avstriyanın baş naziri Karl Nehammer ilə görüşəcək.

  Avstriya Baş Nazirliyinin APA Avstriya xəbər agentliyinə yazılı məlumatında bildirilir: “İspaniyanın paytaxtı Madriddə keçiriləcək sammitə NATO üzvü olmayan Avropa İttifaqı (Aİ) ölkələri də dəvət edilib. Bu dəvətə uyğun olaraq ölkənin baş naziri Karl Nehammer də iyunun sonunda keçiriləcək NATO Liderlər Zirvə Toplantısına gedəcək və burada Türkiyə prezidenti Rəcıb Tayyib Ərdoğanla görüşəcək. İki ölkə başçısı arasında ötən həftələrdə baş tutan telefon danışıqlarında ikitərəfli münasibətlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsi də müzakirə olunub.

  Ukrayna prezidenti Volodimir Zelenski, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Ərdoğanla telefon danışıqları nəticəsində hesab edirəm ki, İstanbul prosesi Avropada sülh üçün ən yaxşı şans olmaqda davam edir”.

  Qeyd edək ki, son vaxtlar müxtəlif səviyyələrdə aparılan danışıqlara uyğun olaraq Türkiyə və Avstriya arasında münasibətlər inkişaf edib. Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqin Antalya Diplomatiya Forumunda iştirakı, K.Nehammerin 12 apreldə Rusiya səfərindən əvvəl və sonra R.T.Ərdoğanla telefon danışıqları iki ölkə arasında münasibətlərin müsbət irəliləyişinə töhfə verib.



Әlaqәli Xәbәrlәr