Türkiyə prezidenti israilli həmkarı ilə telefonla danışdı

R.T.Ərdoğan Əqsa məscidi və statusuna qarşı təxribat və təhdidlərə yol verilməməsinin vacibliyini vurğulayaraq deyib...

1814754
Türkiyə prezidenti israilli həmkarı ilə telefonla danışdı

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti İsaak Hersoqla telefonla danışıb.

  Söhbət zamanı Fələstində İsrail radikal qrupları və təhlükəsizlik qüvvələrinin törətdiyi hadisələr müzakirə edilib.

  R.T.Ərdoğan Əqsa məscidi və statusuna qarşı təxribat və təhdidlərə yol verilməməsinin vacibliyini vurğulayaraq deyib: “Ramazan ayının əvvəlindən İordan çayının Qərb sahilində və Əqsa məscidində baş verən hadisələrdə 400-dən çox fələstinlinin yaralanması, aralarında uşaqların da olduğu 18 nəfərin həyatını itirməsi təəssüf hissləri doğurur.

  Əqsa məscidinin aprelin 18 və 19 tarixlərində də səhər namazından sonra fanatik qruplar tərəfindən basqına məruz qalması arzuolunmaz görüntülər yaradıb.

  Qəzzaya gərginliyin yayılması bizi kədərləndirir.

  Ramazan günlərində bayram ab-havasında yaşanmalı ikən bəzi radikallar ucbatından hər il rast gəlinən bu görüntülər bütün İslam dünyasında haqlı reaksiyalara səbəb olur.

  Bir daha hamını bu mübarək məkanın – Əqsa məscidinin müqəddəsliyini qorumaq üçün maksimum səy göstərməyə çağırıram.

  Türkiyə sülh və əmin-amanlıq naminə çalışmağa davam edəcək”.



Әlaqәli Xәbәrlәr