Rәcәb Tayyib Әrdoğan vә Karl Nehammer arasında telefon danışığı olub

Türkiyә prezidenti Rәcәb Tayyib Ərdoğan  Avstriyanın Baş naziri Karl Nehammerlə telefon әlaqәsi saxlayıb.

1812545
Rәcәb Tayyib Әrdoğan vә Karl Nehammer arasında telefon danışığı olub

Türkiyә prezidenti Rәcәb Tayyib Ərdoğan  Avstriyanın Baş naziri Karl Nehammerlə telefon әlaqәsi saxlayıb.

Bu barәdә Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsindәn verilәn mәlumatda bildirilib.

Görüşdə Ukrayna-Rusiya müharibəsi başda olmaqla regional mәsәlәlәr vә Türkiyə-Avstriya münasibətləri müzakirə edilib.

Prezident Rәcәb Tayyib Ərdoğan söhbәt zamanı bildirib ki,  Ukraynadakı humanitar dramın aradan qaldırılması və atəşkəsə nail olmaq üçün hər fürsətdən istifadə edilməlidir. O həmçinin sülh danışıqlarında irəliləyişə nail olmaq üçün İstanbul prosesinə dəstək verilməsinin zəruri olduğunu söyləyib. Prezident Türkiyənin münaqişənin sülh yolu ilə həll edilməsi üçün səylərini davam etdirəcəyini vurğulayıb.

Avstriyanın baş naziri Karl Nehammer isә öz növbәsindә Ukrayna müharibәsi ilә bağlı İstanbulda keçirilәn danışıqları dәstәklәdiklәrini bildirib.

Karl Nehammer prezident Rәcәb Tayyib  Ərdoğanla keçirdiyi telefon danışığı ilə bağlı ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

Moskvaya etdiyi səfər ilə bağlı prezident Rәcәb Tayyib  Ərdoğanı məlumatlandırdığını qeyd edən Avstriya baş naziri deyib: ‘‘İstanbuldakı danışıqların Ukraynada sülhün әldә edilmәsi üçün әn yaxşı fürsәt olduğu mәsәlәsindә hәmfikirik’’.

Nehammer Avstriyanın yürütdüyü fəal neytrallıq siyasəti ilə daim sülhə töhfə verəcəyini də vurğulayıb.

Qeyd edәk ki, Baş nazir Nehammer aprelin 9-da Ukraynanın paytaxtı Kiyevə etdiyi sәfәr çәrçivәsindә bir sıra görüş keçirmişdi. O, hәmçinin Buça başda olmaqla müharibәnin getdiyi bölgәlәrә dә sәfәr etmişdi.

Nehammer aprelin 11-də Moskvaya sәfәr edәrәk Rusiya prezidenti Vladimir Putinlə görüşmüşdü. Nahammer ikitәrәfli görüşün çətin keçdiyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr