İsrail prezidenti Türkiyədədir

İki gün davam edəcək səfər Türkiyə-İsrail münasibətlərinin normallaşması baxımından mühüm hadisədir

1792655
İsrail prezidenti Türkiyədədir

 

  İsrail prezidenti İsaak Hersoq (İsaac Herzog) Türkiyədə rəsmi səfərdədir.

  Prezident Hersoq və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarə Ankaranın Esenboğa hava limanına enib. Onları hava limanında Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın və digər rəsmilər qarşılayıblar.

  İki gün davam edəcək səfər Türkiyə-İsrail münasibətlərinin normallaşması baxımından mühüm hadisədir. Yeni əməkdaşlıq münasibətləri, xüsusilə Aralıq dənizindəki gərginliyi azalda, mövcud vəziyyəti tamamilə dəyişə bilər.

  Qeyd edək ki, bu, İsrail prezidentinin son 14 ildə Türkiyəyə ilk gəlişidir. Sonuncu dəfə 2008-ci ildə prezident Şimon Peres Türkiyəyə səfər edib.

  İsaak Hersoq Türkiyəyə rəsmi səfərə yola düşməzdən əvvəl Ben Qurion Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandıraraq deyib:”Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların iki ölkə arasında diplomatik münasibətlərin inkişafına töhfə olacağına ümidvaram.

  Rəsmi Təl-Əviv və Ankara arasında yaxşı münasibətlər bütövlükdə Yaxın Şərq regionu üçün faydalıdır.

  Türkiyə ilə İsrail arasında bütün məsələlər üzrə ortaq mövqe yoxdur və 14 ilə yaxındır əlaqələrdə çətinliklər mövcuddur. Lakin problemləri həll etmək üçün bütün imkanlar mövcuddur.

  Ankaraya yola düşərkən prezident İsaak Hersoqun təyyarəsinin üzərində ivritcə və türkcə “sülh”, “əməkdaşlıq” sözlərinin diqqəti çəkib.



Әlaqәli Xәbәrlәr