Türkiyə və ABŞ rəsmiləri Ankarada bir araya gəldilər

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə...

1790396
Türkiyə və ABŞ rəsmiləri Ankarada bir araya gəldilər

 

  Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və ABŞ Dövlət katibinin müavini Vendi Şermanın (Wendy Sherman) rəhbərlik etdikləri nümayəndə heyətlərinin Ankarada keçirdikləri görüşdə ikitərəfli münasibətlər, Ukrayna böhranı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

  Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, müzakirələrdə iki ölkə arasında davamlı əməkdaşlığın dialoq yolu ilə dərinləşməsinə dair ortaq iradə göstərilib. Bəzi məsələlərdə fikir ayrılığı olmasına baxmayaraq, Türkiyə və ABŞ-ın iqtisadi və ticarət əlaqələri, terrorizmlə mübarizə, hərbi-müdafiə sahəsində əməkdaşlıq daxil olmaqla müsbət gündəmin mövcud olduğu ifadə edilib. Bu kontekstdə Türkiyə və ABŞ prezidentləri arasında razılaşdırıldığı kimi, iki ölkə arasında strateji dialoq mexanizminin həyata keçirilməsi üçün qarşıdakı dövrdə atılacaq konkret addımların müəyyən edilməsi üçün məsləhətləşmələr aparılıb.

  Bildirilir ki, Türkiyə ilə ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyin təsdiqləndiyi görüşdə böhranın çoxölçülü təsirlərinin idarə olunması, diplomatik həllin dəstəklənməsi üçün yaxın koordinasiyanın vacibliyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr