Ərdoğanla Zelenski arasında telefon danışığı oldu

Türkiyənin Xarici İşlər Nazirliyi və Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumatlara görə...

1783162
Ərdoğanla Zelenski arasında telefon danışığı oldu

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, söhbət zamanı Rusiyanın Donetsk və Luqansk qondarma respublikalarını tanıma qərarı müzakirə edilib.

  R.T.Ərdoğan Afrika səfərinin ikinci dayanacağı Seneqalda keçirdiyi görüşdə Donbasdakı hadisələri və Rusiya Təhlükəsizlik Şurasının növbədənkənar iclası nəticəsində açıqlanan qərarları yaxından izlədiyini bildirib.

  Türkiyənin Xarici İşlər Nazirliyinin də açıqladığı kimi, Türkiyə bu məsələdə mövqeyini ortaya qoyub: Ərdoğan Rusiya prezidenti Vladimir Putinin qondarma respublikaları tanımasının qəbuledilməz olduğunu söyləyib. Türkiyə prezidenti Ukraynanın ərazi bütövlüyünü hədəf alan istənilən qərara qarşı olduqlarını, problemin həlli üçün beynəlxalq arenada bütün diplomatik vasitələrindən istifadə edilməli lazım olduğunu vurğulayıb.

  V.Zelenski “twitter” hesabından bu telefon danışığı ilə bağlı yazıb: “Rusiyanın son təxribatçı qərarlarına qarşı Ukraynanın mövqeyini dəstəklədiyi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığımı bildirdim. Almaniya, Türkiyə və Ukraynanın qatılacağı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası üzvlərinin birgə sammit təklifinə verdiyi dəstəyə görə də Ərdoğana təşəkkür edirəm.”



Әlaqәli Xәbәrlәr