Vatikanın Türkiyə üzrə səfiri təyin edildi

Vatikandan verilən yazılı məlumatda bildirilir...

1772587
Vatikanın Türkiyə üzrə səfiri təyin edildi

 

  Katoliklərin dini rəhbəri və Vatikan dövlət başçısı Papa Fransisk (Franciscus) polyak monsenyor Marek Solçinskini (Marek Solczynski) Vatikanın Türkiyə üzrə səfiri (nunzio – Papa nümayəndəsi) təyin etdi.

  Vatikandan verilən yazılı məlumatda bildirilir: “Son 5 ildir Tanzaniyada səfir vəzifəsini yerinə yetirən Marek Solçinski Papa tərəfindən Türkiyəyə səfir təyin olundu.”

  Qeyd edək ki, M.Solçinski (60 yaş) 2011-2017-ci illərdə Vatikanın Gürcüstanda Azərbaycan və Ermənistan üzrə akkreditə olunmuş səfiri vəzifəsində çalışıb.



Әlaqәli Xәbәrlәr