Bu gün Myanmada həyata keçirilən hərbi çevrilişin ildönümüdür
Türkiyə, 2021-ci il fevralın 1-də Myanmada həyata keçirilən hərbi çevrilişin ildönümündə ölkədəki qeyri-adi vəziyyətin davam etməsinin narahatlıq yaratdığını bildirib.
1771483
Xarici İşlər Nazirliyindən yayılan açıqlamada: “Türkiyə prinsip etibarilə hər cür çevriliş və hərbi müdaxiləyə qarşıdır. 2021-ci il fevralın 1-də Myanmada həyata keçirilən hərbi çevrilişin birinci ildönümündə ölkədə hələ də qeyri -adi vəziyyətin davam etməsindən narahatıq”.
Nazirliyin açıqlamasında həmçinin vurğulanıb ki, ölkədə sülh və sabitliyə töhvə verəcək demokratiyanın bərpası uğrunda lazımlı addımlar dərhal atılmalı və zorakılıq dayandırılmalıdır.