Mövlud Çavuşoğlu: "Türkiyə Asiya ölkələri ilə əlaqələrini gücləndirməyi hədəfləyir"

Xarici işlər naziri Mövlud Çavuşoğlu Şri-Lanka səfəri çərçivəsində həmkarı Qamini Lakşman Peiris ilə ikitərəfli və heyətlərarası görüş keçirib.

1769839
Mövlud Çavuşoğlu: "Türkiyə Asiya ölkələri ilə əlaqələrini gücləndirməyi hədəfləyir"
Cavusoglu-Gamini Lakshman Peiris.jpg
cavusoglu sri lanka.jpg

"Türkiyə Asiya ölkələri ilə əlaqələrini gücləndirməyi hədəfləyir".

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Şri-Lanka səfəri çərçivəsində həmkarı Qamini Lakşman Peiris ilə ikitərəfli və heyətlərarası görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

ABŞ-ın Nyu York şəhərində Peiris ilə ilk təkbətək görüş keçirdiklərini qeyd edən Çavuşoğlu nazirlə müzakirə etdikləri məsələləri yenidən müzakirə etmək fürsəti əldə etdiklərini bildirib.

Çavuşoğlu Prezident Qotabaya Rajapaksa tərəfindən də qəbul edildiyini qeyd edərək Prezident Rəcəb Tayyib Ərdoğanın mesajlarını və “Türkiyə səfəri çərçivəsində dəvətini” çatdırdığını deyib.

Türkiyənin “Yenidən Asiya” təşəbbüsünü 2019-cu ildə başlatdığını xatırladan Çavuşoğlu "Asiya ölkələri ilə əlaqələrimizi gücləndirməyi hədəfləyirik. Bu mənada Şri Lankanı Hind okeanının mirvarisi və son dərəcə dəyərli və mühüm müttəfiqimiz kimi görürük" deyib.

İkiqat vergitutmanın qarşısının alınması ilə bağlı saziş imzaladıqlarını qeyd edən Çavuşoğlu bu müqavilənin iki ölkənin iqtisadi əlaqələrini genişləndirəcəyini vurğulayıb.

İki ölkə arasında ticarət, səhiyyə, əczaçılıq sənayesi, tikinti və turizm sahələrində əməkdaşlığı inkişaf etdirəcəklərini bildirən Çavuşoğlu Türk Hava Yollarının Şri Lankaya uçuşların sayını sentyabr ayından etibarən həftədə 11-dən 14-ə çatdırmağı hədəflədiyini vurğulayıb.

“Şri-Lanka ilə əməkdaşlığımızı davam etdirmək əzmindəyik” deyən Çavuşoğlu terrorla mübarizədə birgə səylərin davam etdiriləcəyini də ifadə edib.



Әlaqәli Xәbәrlәr