Rəqəmsal qatar bileti ilə Almaniyaya türklərin köçü

YTB-dən verilən yazılı məlumata görə...

1726390
Rəqəmsal qatar bileti ilə Almaniyaya türklərin köçü

 

  Xaricdəki Türklər və Əqrəba İcmaları Departamenti (YTB) Türkiyədən Almaniyaya iş qüvvəsi müqaviləsinin 60-cı ildönümü münasibətilə müxtəlif tədbirlər təşkil edir.

  YTB-dən verilən yazılı məlumata görə, 30 oktyabr 1961-ci ildə imzalanan Türkiyə-Almaniya İkitərəfli İş Qüvvəsi Müqaviləsinin 60-cı ildönümündə - 30 oktyabrda Berlində Türkiyənin Almaniya Səfirliyində Almaniya-Türkiyə Diasporunun 60-cı İli Proqramı reallaşdırılacaq.

  YTB-nin sədri Abdullah Eren 60 il əvvəl imzalanan müqavilənin müəyyən müddətlə məhdudlaşdırıldığını xatırladaraq bildirib: "Almaniyaya işə gedən vətəndaşlarımız bir müddət çalışıb bir tarla, bir traktor alıb qayıtmaq niyyətilə düşmüşdü yola. Ancaq planla yaşanan bir olmadı. Nəticədə bu gün baxırıq ki, aradan tam 60 illik bir zaman keçib. Bu illərdəki uğur hekayələrinə nəzər yetirəndə isə görürük ki, hər ehtiyac anında ana vətən Türkiyənin də yanında olan Almaniyadakı türklər diaspor yaratmaqda çox iş görüblər”.

  Türkiyənin Almaniya Səfirliyindəki tədbirdə ölkədəki türklərlə bağlı "Qalanlar" adlı qısametrajlı sənədli filmi göstəriləcək, Betin Günəş Kamera Orkestri və Xorunun canlı ifası səslənəcək.

  Proqram çərçivəsində 60 illik köç yolundan bəhs edən, türk və almanca çıxan xüsusi qəzet təqdim ediləcək. Sonra buradakı materiallar YTB-nin internet saytında yayınlanacaq.

  Türkiyə Dövlət Dəmiryolları (TCDD) İdarəsi ilə birlikdə YTB Almaniyaya iş qüvvəsi köçünün 60-cı ilində rəqəmsal qatar bileti də təşkil edərək hər kəsi İstanbuldan Sirkecidən qalxıb Münhen Mərkəzi Qatar Stansiyasına gedən qatar səfərinə dəvət edir. Rəqəmsal bileti https://60.yiltreni.com/default.aspx saytından əldə etmək mümkündür.



Әlaqәli Xәbәrlәr