Prezident Ərdoğan: “Yaşıl inkişaf inqilabına start verdik”

Gənclərə buraxacağımız ən əhəmiyyətli irs hesab edilən 2053 vizyonunun ilk hədəfi “yaşıl inkişaf inqilabına” start verdik; Bunu Prezident Ərdoğanın deyib.

1717650
Prezident Ərdoğan: “Yaşıl inkişaf inqilabına start verdik”

Prezident Ərdoğan dünen Adana şəhərini ziyarəti zamanı Yeni Adana Muzeyində 81 vilayətdən tələbələrin iştirakı ilə təşkil edilən yığıncağın görüntülərini paylaşıb.

Prezident yığıncaqda etdiyi çıxışında yaxın keçmişdə Paris İqlim sazişini təsdiqlədiklərini xatırladıb. Bu razılaşma ilə gənclərə qoyacaqları ən əhəmiyyətli irs olaraq xarekterizə edilən 2053 vizyonunun ilk hədəfi “yaşıl inkişaf inqilabına” satar verdiklərinə diqqət çəkib və bütün məsələlərdə olduğu kimi, yaşıl inkişaf inqilabı mövzusunda da gənclərin güçlü dəstəyini aldıqlarını qeyd edib.

Türkiyənin Yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı mübarizə çərçivəsində yaratdığı güclü sağlamlıq infrastrukturu sayəsində özünü digər ölkələrdən fərqləndirdiyi kimi, yaşıl inkişaf inqilabı ilə də iqlim dəyişikliyi prosesində eyni müvəffəqiyyəti əldə edəcəcəyinə əminliyini vurğulayıb. Allahın bizə əmanət etdiyi təbiətin tarazlığını qoruyaraq və imkanlarından ağıllı istifadə edərək inkişafımızı davam etdirəcəyik deyib. 1500 illik bu mədəniyyətin və 1000 illik vətən uğrunda mübarizənin bayrağını siz gənclərin təhvil alacağını ifadə edən prezident yalnız Türkiyənin yox, bütün dünyanın iqlim dəyişikliyi təhlükəsi altında olduğuna diqqət çəkib və cari ayın sonunda mövzu ilə əlaqəli zirvə toplantılarının İtaliyanın paytaxtı Romada və Qlazqoda (Şotlandiya) keçiriləcəyini xatırladıb.

 



Әlaqәli Xәbәrlәr