Türkiyəyə başsağlığı və dəstək mesajları gəlməkdə davam edir

Türkiyənin müxtəlif bölgələrində baş verən meşə yanğınları sbəbəbindən dünyanın fərqli ölkələrindən başsağlığı və həmrəylik mesajları gəlir.

1683862
Türkiyəyə başsağlığı və dəstək mesajları gəlməkdə davam edir

Qırğızıstan Prezidenti Sadir Caparov meşə yanğınlarında həyatını itirənlər üçün Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Caparov mesajında, Türkiyənin bir çox əyalətində baş verən yanğınlar nəticəsində həyatını itirənlərin olması xəbərini kədərlə öyrəndiyini, Türkiyə xalqına təbii fəlakətin yaratdığı fəsadın öhdəsindən gələbilməsi üçün cəsarət və əzm arzuladığını, həyatını itirənlərin ailələri başda olmaqla Türkiyə xalqına başsağlığı verdiyini, yaralılara təcili şəfa dilədiyini qeyd edib.

İsveç Xarici İşlər Naziri Ann Linde sosial media hesabında Xarici işlər naziri Mövlud Çavuşoğluna xitabən paylaşdığı mesajında: “Türkiyədə ölümcül meşə yanğınlarında həyatını itirənlərin ailələri və Türkiyə hökumətinə o cümlədən xalqına başsağlığı verir və Türkiyə xalqının yayında olduğumuzu bildirirəm” Avropa İttifaqı (Aİ) Komissiyası da Türkiyədəki yanğınlara qarşı mübarizəyə dəstək məqsədi ilə 3 ədəd yanğınsöndürmə təyyarəsi göndəriləcəyini bildirdi. Qətər Əmiri Şeyx Tamim İbn Hamed Al Saninin əmri ilə Qətər Daxili Təhlükəsizlik Qüvvələri yayında Beynəlxalq Axtarış və Xilasetmə Xidmətində xüsusi təyinatlı dəstə göndəlirib.

Qardaş ölkə Azərbaycandan isə 220 personal, 41 -i yanğınsöndürən maşın olmaqla ümumilikdə 53 nəqliyyat vasitəsi cəlb olmunub.



Әlaqәli Xәbәrlәr