Malayziya vә İordaniya Türkiyәyә başsağlığı verib

Malayziya meşә yanğınları zamanı hәyatını itirәnlәr ilә әlaqәdar Türkiyәyә başsağlığı verib.

1683104
Malayziya vә İordaniya Türkiyәyә başsağlığı verib

Malayziya meşә yanğınları zamanı hәyatını itirәnlәr ilә әlaqәdar Türkiyәyә başsağlığı verib.

Rәsmi internet sәhifәsindә paylaşım edәn Malayziya xarici işlәr naziri Hişamuddin Hüseyn deyib: ‘‘Türkiyәdә vә әziz qardaşım Mövlud Çavuşoğlunun mәmlәkәti Antalyada baş verәn meşә yanğınları nәticәsindә hәlak olanlar ilә bağlı xәbәr bizi çox sarsıtdı''.

Malayziyanın qeyri-hökumәt tәşkilatı MAPIM da baş verәn meşә yanğınları nәticәsindә hәyatını itirәnlәr ilә әlaqәdar Türkiyәyә başsağlığı verib.

İordaniya da meşә yanğınları ilә mübarizә aparan Türkiyәnin yanında olduğunu açıqlayıb.

İordaniya Xarici İşlәr Nazirliyinin sözçüsü Dayfullah әl-Fayiz Türkiyәdә baş verәn meşә yanğınları zamanı hәyatını itirәnlәrin ailәlәrinә başsağlığı verib.

Fayiz İordaniyanın bu çәtin günlәrdә Türkiyә xalqının yanında olduğunu söylәyib.

Bosniya vә Herseqovina Federasiyası da Türkiyәnin müxtәlif bölgәlәrindә baş verәn meşә yanğınlarının nәzarәt altına alınmasına dәstәk vermәk mәqsәdilә yardım  göndәrәcәyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr