Türkiyə Avstriya kansleri Sebastian Kurzun sözlərinə reaksiya verdi

Türkiyə Avstriya kansleri Sebastian Kurzun  əfqan qaçqınlar üçün Türkiyəni "daha yaxşı yer" olaraq göstərən ifadələrinin təəccüblə qarşılandığını bildirdi.

1680581

Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç mövzu ilə əlaqədar verilən suala yazılı cavab verərək deyib:

"Bütün dünyaya təsir edən və hər kəs üçün ortaq bir mövzu olan qanunsuz miqrasiya problemini həll etmək üçün ortaq səyləri və əməkdaşlığı vurğulamaq əvəzinə," miqrantlar buraya gəlməsin, başqa bir yerə getsin" ifadəsi həm eqoist, həm də faydasız bir yanaşmadır. Türkiyə bölgədən qaynaqlanan kütləvi bir köç dalğasının nəticələrinə dözməyəcək və yeni bir köç dalğasını da öhdəsinə götürməyəcəkdir. Bu mövqeyimizi hər dəfə və hər səviyyədə həmsöhbətlərimizə çatdırırıq, Türkiyənin Avropa İttifaqının (Aİ) sərhəd gözətçisi və ya qaçqın düşərgəsi olmayacağını vurğulayırıq".

Tanju Bilgiç "Avstriya kansleri Sebastian Kurzun bir qəzetə verdiyi müsahibədə Türkiyəni əfqan qaçqınları üçün" daha doğru yer "olaraq göstərdiyinə dair açıqlamalar bizi təəccübləndirdi. Hər şeydən əvvəl Türkiyə kansler Kurzun da dediyi kimi Əfqanıstanla qonşu bir ölkə deyildir" deyə bildirib.

Әlaqәli Xәbәrlәr