Hulusi Akarla Lloyd Ceyms Ostin arasında telefon danışığı olub
Müdafiə naziri Hulusi Akarla ABŞ-ın müdafiə naziri Lloyd Ceyms Ostin arasında daha bir telefon danışığı olub.
Müdafiə naziri Hulusi Akarla ABŞ-ın müdafiə naziri Lloyd Ceyms Ostin arasında daha bir telefon danışığı olub.
Müdafiə Nazirliyinin məlumatına görə, Akar ilə Ostin Əfqanıstan hava limanının işlədilməsinə dair mövzunu müzakirə ediblər.
Məlumatda bildirilib ki, 20 ildir Əfqanıstanda olan Türkiyə son 6 ildə Həmid Kərzai adına beynəlxalq hava limanının təhlükəsizliyi və mühafizəsində önəmli rol oynayır. Əfqanıstanın dünyaya yeganə pəncərəsi olan Həmid Karzai adına hava limanı əfqan xalqının təhlükəsizliyi, dinc yaşayışı və rifahı üçün böyük əhəmiyyət daşıyır.
Məlumatda o da qeyd olunub ki, əfqan xalqının təhlükəsizliyi və rifahı üçün Türkiyənin NATO-nun "Qətiyyətli dəstək" missiyası çərçivəsində Həmid Kərzai adına beynəlxalq hava limanındakı fəaliyyəti bitdikdən sonra da hava limanının istifadəsi üçün lazım olan dəstəyi davam edəcək.
Xatırladaq ki, Nazirlik iyulun 7-də verdiyi açıqlamada Əfqanıstandakı Həmid Kərzai adına beynəlxalq hava limanının təhlükəsiz şəkildə işlədilməsi istiqamətində iki ölkənin texniki heytətləri arasında keçirilən yığıncaqlarda əldə edilən nəticənin Akar ilə Ostinin telefonla müzakirə etdikləri bildirilərək, müsbət və təsisedici telefon söhbətinin iyulun 8-də davam etdirilməsi qərarına gəlindiyi vurğulanmışdı.
Әlaqәli Xәbәrlәr
Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
Xarici İşlər Nazirliyinin “X” sosial media hesabından edilən paylaşıma görə...