Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının bəzi millət vəkilləri ilə bir araya gəlib

Prezident və Ədalət və İnkişaf (AK) Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının bəzi millət vəkilləri ilə görüşüb.

1664176
Prezident  Rəcəb Tayyib Ərdoğan partiyasının bəzi millət vəkilləri ilə bir araya gəlib

Prezident və Ədalət və İnkişaf (AK) Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının bəzi millət vəkilləri ilə görüşüb.

AK Partiyanın Mərkəzi Qərargahında mətbuata qapalı baş tutan toplantı təxminən 3 saat davam edib.

AK Partiyanın sözçüsü Ömer Çelik yığıncaqdan sonra verdiyi açıqlamada nazir və millət vəkillərinin bir araya gəldiyi məsləhətləşmə toplantılarının əvvəlincisinin dünən (23 iyun) səhiyyə naziri Fəxrəddin Kocanın iştirakı ilə reallaşdırıldığına diqqət çəkərək deyib:

"Pandemiya dövrü başda olmaqla görülən tədbirlər, həyata keçirilən siyasətlər və hansı perspektivə sahib olduqları barədə hərtərəfli bir qiymətləndirmə aparıldı. Bələdiyyə başçıları, Təşkilat Başçılığı və millət vəkillərilə görüşlər seriyasına dördüncü bir mərhələnin əlavə olunduğunu, yığıncaqlarda daxili və xarici siyasət, iqtisadi və sosial siyasət ilə digər sahələrdə inkişaflar hərtərəfli şəkildə qiymətləndirildi.

Çelik bu gün Prezident Ərdoğanın başçılığında və 55 millət vəkilinin qatıldığı yığıncaqda millət vəkillərinin vilayət və bölgələrinin ehtiyacları, görülən işlər, davam edən layihələr və sahədəki qiymətləndirmələri barədə fikirlərini bölüşdüklərini bildirib.

Ömer Çelik bu görüşlər seriyasının davam edəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr