Qırğızıstan prezidentinin Türkiyə səfəri

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə...

1654233
Qırğızıstan prezidentinin Türkiyə səfəri

 

   Qırğızıstan prezidenti Sadır Caparov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə 9-11 iyun tarixlərində paytaxt Ankarada rəsmi səfərdə olacaq.  

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, səfər çərçivəsində Ərdoğan və Caparovun həmsədrliyi ilə Türkiyə-Qırğızıstan V Yüksək Səviyyəli Strateji Şura Toplantısı keçiriləcək.

  Əlaqədar nazirlərin də iştirak edəcəyi şura yığıncağında ikitərəfli əlaqələr bütün istiqamətləri və Qırğızıstanla strateji ortaqlıq münasibətlərini artırmaq üçün atıla biləcək addımlar müzakirə olunacaq.

  Görüşlərdə regional və beynəlxalq məsələlər haqqında da fikir mübadiləsi aparılacaq.



Әlaqәli Xәbәrlәr