Prezident Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarovu rəsmi mərasimlə qarşılayıb

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarovu paytaxt Ankarada rəsmi mərasimlə qarşılayıb.

1654853
Prezident Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarovu rəsmi mərasimlə qarşılayıb

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarovu paytaxt Ankarada rəsmi mərasimlə qarşılayıb.

Güclü yağış altında baş tutan mərasimdə Prezident Ərdoğan Japarovu Cümburbaşqanlığı Külliyəsinin giriş yerində qarşılayıb.

Ərdoğan və Japarov mərasim sahəsindəki yerlərini aldıqdan sonra iki ölkənin dövlət himnləri səsləndirilib.

Japarov Mühafizə Alayı Mərasim Birliyini "merhaba asker" sözlərilə salamlayıb.

Mərasimdə tarixdə qurulan 16 Türk dövlətini təmsil edən bayraqlar və əsgərlər də yer alıb. 

Daha sonra nümayəndə heyətlərini bir-birlərinə təqdim edən Ərdoğan və Japarov pilləkənlərdə Türk və Qırğızıstan bayraqları qarşısında şəkil çəkdiriblər.

Mərasimə vitse-prezident Fuad Oqtay, xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Lütfi Elvan, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, ticarət naziri Mehmet Muş, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri  Fəxrəddin Altun və Prezident Aparatının mətbuat katibi İbrahim Kalın da qatılıb.

Japarovu müşayiət edən yüksək səviyyəli nümayəndə heyətində Qırğızıstan nazirləri və hərbi rəsmilər iştirak edir.

Mərasimdən sonra Ərdoğan və Japarov təkbətək görüşə başlayıblar.



Әlaqәli Xәbәrlәr