Buna görə siyasət və media dili məsuliyyət daşıyır

... Veltman hadisəni törətdiyi yerdən təxminən 6 kilometr aralıqda tutularaq nəzarətə alınıb

1654170
Buna görə siyasət və media dili məsuliyyət daşıyır

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kanadada irqçi hücum nəticəsində eyni ailədən 4 adamın həyatını itirməsilə bağlı başsağlığı verib. “Twitter” hesabından paylaşdığı başsağlığında M.Çavuşoğlu yazıb: “Kanadada eyni ailədən qətl edilən 4 müsəlman bacı-qardaşımıza Allahdan rəhmət diləyirəm. İslam düşmənliyi, irqçilik və ayrı-seçkilik mübarizə aparılmalı bir terrordur. Beynəlxalq cəmiyyət bundan artıq gecikmədən bu terrora qarşı ortaq hərəkət etməlidir."

  Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın isə sosial şəbəkədən Kanadada 4 müsəlmanın öldürülməsini "qondarılmış qorxunun nifrətə, nifrətin düşmənliyə və zorakılığa çevriləcəyinin son nümunəsi" adlandırıb və "Bu qorxunc gedişat və barbarlıq dayandırılmalıdır" deyib.

  Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik ictimai media hesabından etdiyi paylaşmada belə yazıb: "Bəzi siyasətçilərin və bir qrup medianın dili İslam düşmənliyini yayır və nifrət cinayətləri törətməyə təşviq edir. Bu məsələnin arxasında İslam düşmənliyinə təşviq edən kirlədilmiş hava var. Nifrət cinayətlərinə görə mükafat verən siyasət və media dili buna görə məsuliyyət daşıyır."

  Xatırladaq ki, Kanadanın Ontario əyalətinə bağlı London şəhərində 6 iyunda maşınını səkidəki piyadaların üstünə sürən Nataniel Veltman (Nathanial Veltman, 20 yaş) biri 15 yaşlı qız olmaqla, eyni ailədən 4 nəfərin ölümünə və 9 yaşlı bir oğlanın ağır yaralanmasına səbəb olub. Veltman hadisəni törətdiyi yerdən təxminən 6 kilometr aralıqda tutularaq nəzarətə alınıb.



Әlaqәli Xәbәrlәr