Türkiyə nazirinin Yunanıstan səfəri başlayır

Səfərin ən mühüm gündəm maddələrindən biri...

1648125
Türkiyə nazirinin Yunanıstan səfəri başlayır

 

  Mayın 30-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Yunanıstan səfəri başlayır.

  Səfərin ən mühüm gündəm maddələrindən biri Yunanıstanın Qərbi Trakiya türklərinə qarşı hərəkətidir.

  Paytaxt Afinada rəsmi görüşlərdən əvvəl türkiyəli nazir Qərbi Trakiyadakı türklərlə bir araya gələcək.

  M.Çavuşoğlunun bölgəyə səfərindən öncə isə Türkiyınin xarici işlər nazirinin müavini Sedat Önal yunan həmkarı Kostas Fragoyannislə Qavalada görüşəcək.

  Xatırladaq ki, Yunanıstanın baş naziri Kiriakos Miçotakisin ölkədəki türkləri "Yunanıstan uşaqları" adlandırıb. Qərbi Trakiya Türk Azlığı İskeçe müftisi Əhməd Mete Miçotakisə cavab verərək: "Vaxtilə məktəblərimizin lövhələrinə “türk” sözünü onlar yazdılar. Diplomlarımızı türkcə verdilər. Bizdən türkcə danışmağımızı istədilər. İndi isə “Siz yunanıstanlısınız” deyirlər… Bu, Yunanıstanın Qərbi Trakiya türklərinə qarşı inkar siyasətidir”, - deyib.



Әlaqәli Xәbәrlәr