YTB-nin rəhbəri Abdullah Eren Fransaya çağırış edib

Abdullah Eren Fransanın Marsel şəhərində terror təşkilatı PKK tərəfdarlarının Türk Mədəniyyət Mərkəzinə və məscidlərə edilən hücumlara qarşı tədbir görməyə çağıran mesaj paylaşıb.

1617798
YTB-nin rəhbəri Abdullah Eren Fransaya çağırış edib

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin başçısı Abdullah Eren Fransanın Marsel şəhərində terror təşkilatı PKK tərəfdarlarının Türk Mədəniyyət Mərkəzinə və məscidlərə edilən hücumlara qarşı tədbir görməyə çağıran mesaj paylaşıb.

Eren "Twitter" hesabındakı paylaşımında terror təşkilatı PKK tərəfdarlarının Fransanın Marsel şəhərində Türk Mədəniyyət Mərkəzinə və məscidlərə hücum etdiyini bildirərək, "Bu, Fransadakı bir həftə ərzində Türk cəmiyyətini hədəf alan 4-cü hücumdur! Oradakı ictimai təhlükəsizliyə də zərər verən bu terrorçular üçün Fransanı lazım olanı yerinə yetirməyə çağırırıq" ifadəsindən istifadə edib.



Әlaqәli Xәbәrlәr