YTB-nin rəhbəri Abdullah Eren Arakanda yaşayan müsəlmanların vəziyyətilə bağlı açıqlama verib

Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB) rəhbəri Abdullah Eren Arakanda yaşayan müsəlmanların vəziyyətinin beynəlxalq təşkilatlar və medianın diqqətinə çatdırılmasının vacibliyini söyləyib.

1606796

A. Eren paytaxt Ankarada verdiyi açıqlamada rəhbərlik etdiyi qurumun fəaliyyət sahələrindən birinin də Türkiyənin bəzi ortaq dəyərləri paylaşdığı qardaş cografiyalar və əqraba topluluqları olduğunu bildirib. 
"Bu mənada Araqanlı müsəlman qardaşlarımız da bizim üçün önəmlidir. Təəssüf ki, onlar Myanmarda vətəndaşlıq haqları da daxil olmaqla ən əsas insani hüquqlardan belə məhrumdurlar. Bu məsələnin bəynəlxalq qurumların və medianın gündəminə gətirilməsi vacibdir", - deyə A. Eren söyləyib.

Myanmardan kənarda yaşayan xeyli sayda müsəlmandan ibarət təşkil olunan  Araqanlı Müsəlman diasporuna diqqəti çəkən Abdullah Eren "Bu qardaşlarımızın səslərini dünyaya daha təsirli şəkildə çatdıra bilmək və  diasporda vətəndaş cəmiyyəti imkanlarının inkişafına töhfə vermək üçün "Rohingya Onlayn Media Təlim Proqramı"nı həyata geçiririk. 29-31 mart tarixlərində  həyata keçirəcəyimiz proqram onlayn olacaq" deyə bildirib.

Әlaqәli Xәbәrlәr