Türkiyədən Suriya xalqına təhsil sahəsində dəstək

Suriyanın Tell Abyad qəsəbəsində daha bir məktəb Türkiyənin dəstəyi ilə yenidən bərpa edilərək istifadəyə verilib.

1585896
Türkiyədən Suriya xalqına təhsil sahəsində dəstək

Türk Silahlı qüvvələrinin Suriyada həyata keçirdiyi “Sülh Bulağı” əməliyyatı nəticəsində terror təşkilatı YPG / PKK-dan təmizlənən Tell Abyad qəsəbəsində daha bir lisey binası Türkiyənin yardımları ilə yenidən bərpa edilərək istifadəyə verilib.

YPG / PKK terror təşkilatının dağıtdığı Tel Abyad qəsəbəsinin Hamam Türkmən kəndində Türkiyənin dəstəyi ilə təmirat işləri tamamlanan lisey binası rəsmi mərasimlə istifadəyə verilib.

Mərasimə Şanlıurfa Qubernatoru Abdullah Erin və müavini Oğuzhan Erdi Atak ilə Tel Abyad Yerli Şurasının sədri Vail Əl Hamdo qatılıb.

Tel Abyad Yerli Şurasının rəhbəri Əl Hamdo mərasimdə etdiyi çıxışında liseyin təmirat işlərinin qısa müddətdə tamamlandığına diqqət çəkib və Ərzurum Bələdiyyə Başçısı Mehmet Sekmen və bələdiyyə işçilərinə bu prosesdə verdikləri dəstəyə görə minnətdarlığını bildirib.

Xatırladaq ki 2019-cu ildə Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi Sülh Bulağı əməliyyatı ilə Tel Abyad və Rəsulayn qəsəbələri terror təşkilatı YPG / PKK mənsub quldurlardan təmizlənib.



Әlaqәli Xәbәrlәr