Mövlud Çavuşoğluna “Hilal-i Pakistan” ordeni tәqdim edilib

Xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanın paytaxtı İslamabada gedib. Nazirin rәsmi sәfәri iki gün davam edәcәk.

1562646
Mövlud Çavuşoğluna “Hilal-i Pakistan” ordeni tәqdim edilib

Çavuşoğlu Pakistana  sәfәri çәrçivәsindә  öncә  Prezident Arif Alvinin qәbulunda olub. Qәbuldan sonra Cinnah Salonunda   tәşkil edilәn  mәrasimdә  Çavuşoğluna “Hilal-i Pakistan” ordeni tәqdim edilib.

Mövlud Çavuşoğlu sosial media hesabında verdiyi  açıqlamada:  “Qәbul  zamanı Prezidentimiz Rәcәb Tayyıb Әdoganın salamlarını və ən xoş arzularını Prezident Alviyə çatdırdıq. Pakistan bizim ikinci evimizdir. Mükəmməl əlaqələrimizi daha  irәli  pillәlәrә qaldıracayıq. ‘Hilal-i Pakistan’ medalını qürurla daşıyacağam. Yaşasın Türkiyə və Pakistan qardaşlığı”-deyә  Çavuşoğlu vurğulayıb. 



Әlaqәli Xәbәrlәr