Prezident Rəcəb Tayyib Ərdoğan Şarl Mişel ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı(AB) Şurasının sədri Şarl Mişel ilə telefonla danışıb.

1492746
Prezident Rəcəb Tayyib Ərdoğan Şarl Mişel ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (AB) Şurasının sədri Şarl Mişel ilə telefonla danışıb.
Prezident Aparatı Mətbuat Xidmətinin məlumatına görə, Ərdoğan və Mişel əsasən Türkiyə-Aİ əlaqələri və Şərqi Aralıq dənizi bölgəsindəki vəziyyəti müzakirə ediblər.
Telefon söhbətində Prezident Ərdoğan Aİ qurumlarını və üzv ölkələri "təxribatlara aldanmadan başda Şərqi Aralıq dənizində olmaqla bütün regional məsələlərdə obyektiv və dəqiq mövqe ortaya qoymağa" çağırıb.
Türkiyənin səmimi bir dialoq və ədalətə əsaslı müzakirə ilə bütün tərəflərin hüquqlarının qorunduğu bir həll yoluna açıq olduğunu vurğulayan Prezident Ərdoğan yox sayma səyləri və təktərəfli addımlar qarşısında Türkiyənin bütün hüquq və mənafelərini hər zaman və hər yerdə qorumağa qətiyyətlə davam edəcəklərini bildirib.



Әlaqәli Xәbәrlәr