ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Ankaraya gəlib

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri və onu müşayiət edən heyət rəsmi danışıqlar aparmaq üçün paytaxt Ankaraya gəlib.

1479762
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Ankaraya gəlib

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri və onu müşayiət edən heyət rəsmi danışıqlar aparmaq üçün paytaxt Ankaraya gəlib.
Esenboğa Hava Limanında mətbuat mənsublarına açıqlama verən Cefri Ankaraya Cenevrədən gəldiyini və Suriya məsələsi ilə əlaqədar "həyəcanlı irəliləyişlər" olduğunu ifadə edib.
Cefri Suriya Konstitusiya Komitəsinin iclaslarının üçüncü turunun Cenevrədə başladığını xatırladaraq, "Yaxşı bir başlanğıc oldu. Türkiyənin Konstitusiya Komitəsinin bütün üzvlərini, xüsusilə də müxalifəti təşviq etmək üçün ciddi köməyi oldu" deyib.
Hazırda Komitənin bir neçə üzvünün yeni növ koronavirus (Covid-19) testinin nəticələrinin gözlənildiyini bildirən Cefri deyib:
"Ancaq Konstitusiya Komitəsinin siyasi yolda davam edəcəyinə və həqiqətən irəliləyişi dayandırmayacağına ümid edirik".
Cefri Suriyadakı vəziyyətlə bağlı isə deyib ki, bu münaqişənin hərbi mərhələsi başa çatmalıdır. Rejimin əldə edəcəyi daha bir əsas yoxdur. Rejimin danışıqlar masasına qayıtması və beynəlxalq ictimaiyyətin qalan hissəsilə maraqlanma vacibdir. Bu, bizim prioritetimizdir. Bu barədə də Türkiyə səlahiyyətlilərilə danışacağıq. Burada olduğum son 2 ildə bu suala bir neçə dəfə cavab verdim. ABŞ Türkiyənin yaxın müttəfiqidir. Suriyadan kənarda bir çox bölgədə bunu sübut etdik.
Suriya məsələsinin həllində Türkiyənin roluna dair suala isə Cefri "Türkiyə mərkəzi bir mövqeydədir" deyə cavab verib.
Qeyd edək ki, Cefri dünən Suriya Konstitusiya Komitəsinin 3-cü tur iclası çərçivəsində İsveçrənin Cenevrə şəhərində danışıqlar aparan ölkəmizin Xarici İşlər nazirinin müavini səfir Sedat Önal ilə də görüşüb.



Әlaqәli Xәbәrlәr