“60 illik xəyalı reallığa çevirmə yolunda tarixi addım atdıq”, R.T.Ərdoğan

Sosial media hesabından etdiyi paylaşmada R.T.Ərdoğan deyib

1457638
“60 illik xəyalı reallığa çevirmə yolunda tarixi addım atdıq”, R.T.Ərdoğan
SPR erdogan togg.jpg
fuat oktay.jpg

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə avtomobilinin buraxılacağı TOGG Mühəndislik, Dizayn və İstehsal Mərkəzinin istehsala başlayaraq 60 illik xəyalı gerçəyə çevirmə yolunda tarixi bir addım atdıqlarını bildirib.  

  Sosial media hesabından etdiyi paylaşmada R.T.Ərdoğan deyib: "Bu gün TOGG Mühəndislik, Dizayn və İstehsal Mərkəzinin istehsala başlayaraq 60 illik xəyalımızı gerçəyə çevirmə üçün daha bir tarixi addım atdıq. Bizdən dəstəyini əsirgəməyən əziz millətimizə və bütün əməyi keçənlərə təşəkkürlərimi çatdırıram. Xeyirli, uğurlu olsun."

  Ərdoğan Türkiyə avtomobilinin təqdimat videosunu da paylaşıb.

  Ölkənin vitse-prezidenti Fuad Oqtay da sosial mediadan Türkiyə avtomobilinin buraxılacağı zavodla bağlı paylaşma edərək yazıb: "Türkiyənin avtomobili layihəsiylə 60 illik xəyalı reallığa çevirdik. İnşasına başladığımız TOGG Mühəndislik Dizayn və İstehsal Mərkəzi Türkiyənin yarımçıq qalmış yerli avtomobil hekayəsinin yenidən və başdan yazılacağı yer olacaq.”



Әlaqәli Xәbәrlәr