Türkiyə nazirinin İngiltərə görüşləri

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi səfərə getdiyi İngiltərədə görüşlər keçirir

1451541
Türkiyə nazirinin İngiltərə görüşləri

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi səfərə getdiyi İngiltərədə görüşlər keçirir.

  M.Çavuşoğlu ilk olaraq İngiltərə parlamenti Türkiyə Qrupunun sədri Cefri Donaldsonla (Jeffrey Donaldson) görüşüb.

  Daha sonra Xarici İşlər Nazirliyinə keçən Türkiyə naziri burada ingilis həmkarı Raabla bir araya gəlib. Təxminən 2 saat davam edən təkbətək  görüşdə “Brexit”dən əvvəl və sonrakı dövrlərdə Türkiyə-İngiltərə ikili əlaqələrilə yanaşı turizm, yeni tip korona virusu (Covid-19) epidemiyasıyla mübarizə, aktual regional və beynəlxalq mövzular müzakirə edilib.

  Mövlud Çavuşoğlu görüşləri çərçivəsində İngiltərənin Avropa üzrə məsul dövlət naziri Uendi Mortonla (Wendy Morton) da görüşüb.



Әlaqәli Xәbәrlәr