“TRT World Forum” soyqırımı müzakirə edir: 25 il sonra Srebrenitsa

“TRT World Forum”un “youtube”, “twitter” və “facebook” hesablarından "25 il sonra Srebrenitsa: soyqırımın həmişəlik rəddi" başlığıyla canlı verilir

1450866
“TRT World Forum” soyqırımı müzakirə edir: 25 il sonra Srebrenitsa

 

25 il sonra Srebrenitsa

“TRT World Forum” Srebrenitsa soyqırımını müzakirə edir 

  “TRT World Forum”un təşkil etdiyi "Rəqəmsal müzakirələr" proqramı Srebrenitsa soyqırımının 25-ci ildönümündə xüsusi qonaqların iştirakıyla bir həftə boyu toplantılar təşkil edilir. Bu iclaslarda 8 mindən çox boşnak vətəndaşın qətl edildiyi Srebrenitsa soyqırımı, insan haqqları, müharibə cinayətləri və “Qoruma məsuliyyəti” qanunu müzakirə olunur.

  “TRT World Forum” tərəfindən təşkil edilən “Rəqəmsal müzakirələr” proqramının birincisi

7 iyul, çərşənbə axşamı, Türkiyə saatı ilə 20.00-da

  “TRT World Forum”un “youtube”, “twitter” və “facebook” hesablarından "25 il sonra Srebrenitsa: soyqırımın həmişəlik rəddi" başlığıyla canlı verilir.

  Srebrenitsanı Xatırlama Fondunun prezidenti Vaqar Əzmi (Waqar Azmi) uzlaşmaya maneə törədən səbəblər, soyqırımı inkar edənlərin strategiyaları, Serb respublikasından ayrılma çağırışlarının təsiri mövzularını müzakirə etdi.

  Həftə boyu reallaşacaq digər söhbətlər aşağıdakı ardıcıllıqladır:

8 iyul, çərşənbə, saat 20:00

Mövzu: “Əvvəlki Yuqoslaviya Cəza Məhkəməsi və Müharibə Cinayətkarları Prokurorluğu", çıxışçı - Nevenka Tromp Vrkic, Amsterdam Universitetinin müəllimi.

9 iyul, cümə axşamı, saat 19:00

Mövzu: “BMT-nin Srebrenitsanı Qoruma Məsuliyyəti", çıxışçı - Tobi Kadman (Toby Cadman), Beynəlxalq Ədalət Palataları (Guernica 37) qurucu ortağı və sədri.

10 iyul, cümə, saat 20:00

Mövzu: "Srebrenitsada beynəlxalq ədalət necə müvəffəqiyyətsiz oldu?" Çıxışçı - Cefri Nitsa (Geoffrey Nice), əvvəlki Yuqoslaviya hökuməti zamanı törədilən cinayətlərə görə qurulan Beynəlxalq Cəza Məhkəməsində mühakimə olunan Yuqoslaviya prezidenti Slobodan Miloşeviçin məhkəməsində baş prokuror.

11 iyul, şənbə, saat 20:00

  Mövzu: "Bosniya müharibəsi və Srebrenitsa soyqırımının miqyası", çıxışçı - Ketrin Bomberqer (Kathryne Bomberger), Beynəlxalq İtkin İnsanlar Komissiyasının baş direktoru.

 

  İzləmək, dinləmək, görmək istəyənlər “TRT World Forum”un sosial media hesabları üzərindən söhbətləri təqib edə bilərlər.  

Youtube: @trtworldforum

Facebook: @trtworldforum

Twitter: @trtworldforum

 

Srebrenitsada nə oldu?

  Ölkənin şərqindəki Srebrenitsanın 11 iyul 1995-ci ildə Ratko Mladiçin əmrindəki serb hərbi birlikləri tərəfindən işğal edilməsindən sonra BMT  bünyəsindəki Hollandiya hərbçilərinə sığınan boşnak vətəndaşları az sonra serblərə təslim edildi.

  Qadın və uşaqların boşnak əsgərlərin idarəsində olan bölgəyə getməsinə icazə verən serblər ən az 8372 boşnak vətəndaşını meşələrdə, fabriklərdə və anbarlarda vəhşicəsinə qətl etdi və kütləvi məzarlara basdırdılar.

  Müharibədən sonra itkin düşənləri tapmaq üçün başlanan işlərdə kütləvi məzarlarda cəsədlər sahibləri tərəfindən təsbit edildikcə hər il 11 iyulda Potoçari Abidə Qəbiristanlığında təşkil edilən mərasimlə torpağa verilir.



Әlaqәli Xәbәrlәr