Türkiyənin milli müdafiə nazirinin xarici səfəri davam edir

Türkiyənin milli müdafiə naziri Hulusi Axar və baş qərargah rəisi general Yaşar Gülər Liviyadakı görüşlərindən sonra iyulun 4-də Maltanın paytaxtı Valettaya keçiblər

1449217
Türkiyənin milli müdafiə nazirinin xarici səfəri davam edir

 

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar və baş qərargah rəisi general Yaşar Gülər Liviyadakı görüşlərindən sonra iyulun 4-də Maltanın paytaxtı Valettaya keçiblər. Burada onlar Maltanın xarici işlər və Avropa işləri üzrə naziri Evarist Bartola ilə bir araya gəliblər. Görüşdə Türkiyənin Malta üzrə səfiri Kərəm Əhməd Qıratlı (Kerem Ahmet Kıratlı) da iştirak edib.

  Hulusi Akar görüşləri çərçivəsində Malta milli təhlükəsizlik və daxili işlər naziri Bayron Kamilleri (Byron Camilleri) ilə bir araya gəlib. Söhbətdən sonra iki nazirin iştirakı ilə heyətlərarası görüş keçirilib. Bu görüşdə Türkiyənin baş qərargah rəisi Yaşar Gülər və maltalı həmkarı Cefri Kermi (Jeffrey Curmi) də olublar.

  Malta Səfirliyinə də baş çəkən Türkiyə generalları sonra Malta Türk Şəhidliyini ziyarət ediblər. Abidə qarşısına əklil, məzarlara qərənfil qoyan Hulusi Akar xatirə dəftərinə ürək sözlərini yazıb.  



Әlaqәli Xәbәrlәr