İbrahim Kalın Ceyms Cefri vǝ Kelli Kraftla görüşüb

İbrahim Kalın Kelli Kraft vǝ Ceyms Cefrinin rǝhbǝrliyindǝki nümayǝndǝ heyǝti ilǝ Prezident İqamǝtgahında görüşüb.

1372024
İbrahim Kalın Ceyms Cefri vǝ Kelli Kraftla görüşüb

 

Türkiyǝ Prezident Aparatının sözçüsü İbrahim Kalının  Amerika Birlǝşmiş Ştatlarının Birlǝşmiş Millǝtlǝr Tǝşkilatındakı daimi nümayǝndǝsi Kelli Kraft  vǝ Suriya üzrǝ xüsusi nümayǝndǝsi Ceyms Cefri ilǝ keçirdiyi görüşdǝ Suriyanın İdlib bölgǝsindǝki vǝziyyǝt müzakirǝ olunub.

İbrahim Kalın Kelli Kraft vǝ Ceyms Cefrinin rǝhbǝrliyindǝki nümayǝndǝ heyǝti ilǝ Prezident İqamǝtgahında görüşüb.

Görüşdǝ İdlib mövzusu başda olmaqla Suriya böhranı, qaçqın problemi vǝ regional mǝsǝlǝlǝr müzakirǝ olunub.

Görüşdǝ vurğulanıb ki, Suriyada hǝyata keçirilǝn ǝmǝliyyatların mǝqsǝdi bu ölkǝdǝ siyasi hǝllin tǝmin olunmasıdır. Görüşdǝ hǝmçinin  Türk hǝrbçilǝrinin vǝ bölgǝdǝki mülki vǝtǝndaşların tǝhlükǝsizliyinin tǝmin olunması üçün Türkiyǝnin qǝtiyyǝtli mövqe nümayiş etdirmǝyǝ davam edǝcǝyi vurğulanıb.

Görüşdǝ  Suriyada davamlı atəşkəs və siyasi həllin təmin olunması  üçün  Konstitusiya Komitəsinin fǝaliyyǝtlǝrinin  sürətləndirilməsi  və beynəlxalq dəstəyin artırılmasının vacibliyi vurğulanıb.

Rejim qüvvǝlǝrinin İdlibdǝ törǝtdiyi hücumlarının sǝbǝb olduğu humanitar böhranın qarşısını almaq üçün hücumların dayandırılması vǝ atǝşkǝsin elan edilmǝsinin ǝhǝmiyyǝti dǝ bir daha  qeyd olunub.



Әlaqәli Xәbәrlәr