İbrahim Kalın Ceyms Cefri ilə görüşdü

Türkiyədə səfərdə olan ABŞ-nın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Prezidentin mətbuat katibi İbrahim Kalın ilə görüşdü.

1358373
İbrahim Kalın Ceyms Cefri ilə görüşdü

 

İbrahib Kalının yaydığı məlumat görə Prezident Kompleksində qapalı qapılar arxasında baş tutan görüş saat yarım davam edib.

İdlibdə artan böhranın həlli ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə rejim tərəfindən Türkiyənin bölgədəki müşahidə məntəqələrinin hədəfə alınmasının qəbuledilməz olduğuna diqqət çəkilib. Türkiyənin İdlib qətnaməsi çərçivəsində Türk əsgərlərinin və vətəndaşların qorunması mövzusunda lazımlı addımları atmaqda imtina etməyəcəyi vurğulanıb. İdlib mütabiqətinin qorunmasının əhəmiyyətinə təkid edilib. Humanitar böhranın daha da pisləşməməsi üçün bütün ölkələrin öhdəliklərinə əməl etmələrinin zərurəti, məhs Siyasi həll prosesinin uğurlu olabilməsi üçün rejim hücumlarının sona çatmasının əhəmiyyəti xatırladılıb.

Konstitusiya Komitəsinin işinin sürətləndirilməsi, ədalətli və azad seçki mühitinin yaradılması uğrunda beynəlxalq ictimaiyyətin konkret dəstəyinə zərurət olduğu ifadə edilən görüşdə tələb edilib ki, İdlibdə rejim qüvvələrinin dinç sakinlərə istiqamətli hücumları səbəbindən artan miqrasiya dalğasının faciə ilə nəticələnməsinin qarşısını alacaq siyasi addımlar dərhal atılmasın. Bölgədəki terror ünsürlərinə qarşı ayrı-seçkilik güdmədən mübarizə mövzusunda Türkiyənin lazımlı addımları atmaqda davam edəcəyi daha bir dəfə xatırladılan görüşdə, Liviyada tərəflər arasında daimi atəşkəsin bərpası və siyasi prosesə keçidin əhəmiyyəti vurğulanıb.

 



Әlaqәli Xәbәrlәr