ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Ankarada səfərdədir

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri fevralın 11-də gecə radələrində paytaxt Ankaraya gəlib.

1357651
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Ankarada səfərdədir

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri fevralın 11-də gecə radələrində paytaxt Ankaraya gəlib.

Cefri mətbuat mənsublarına verdiyi açıqlamada ölkəsinin NATO-dakı müttəfiqi Türkiyənin əsgərlərinin hazırda İdlibdə Rusiya və Əsəd rejimindən qaynaqlanan böyük bir təhdidlə qarşı-qarşıya olduğunu söyləyib.

3 və 10 fevralda İdlibdə şəhid olan Türk əsgərləri üçün başsağlığı diləyən Cefri "Türkiyə ilə hökuməti vəziyyəti nəzərdən keçirmək və (Türkiyəyə) mümkün olduğu qədər dəstək vermək istəyirik" deyib.

Cefrini müşayiət edən böyük məsləhətçi Riç Outzen də "ABŞ olaraq Dəməşq rejiminin hücumlarını qətiyyətli şəkildə pisləyirik. Maksimum həmrəyliyə sahib olmaq istəyirik. Buna görə də türk müttəfiqlərimizlə sıx əlaqədə olmağa davam edəcəyik" deyə qeyd edib.



Әlaqәli Xәbәrlәr