Ö.Çelik: "Süleymaninin öldürülməsi bölgədə və dünyada mənfi nəticələr doğurdu"

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Süleymaninin öldürülməsinin Orta Şərq coğrafiyasına və beynəlxalq tarazlığa birbaşa öz təsirini göstərəcək nəticələr doğurduğunu bildirdi.

1335820
Ö.Çelik: "Süleymaninin öldürülməsi bölgədə və dünyada mənfi nəticələr doğurdu"

İranlı komandir Qasım Süleymaninin ABŞ-ın hava əməliyyatı nəticəsində öldürülməsi Orta Şərq coğrafiyasına və beynəlxalq tarazlığa birbaşa öz təsirini göstərəcək nəticələr doğurdu.

Bunu Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik keçirdiyi mətbuat konfransında deyib.

2020-ci ilin ciddi siyasi böhranlara, problemlərə və beynəlxalq əlaqələrdə dolaşıq məsələlərə səhnə olacağını göstərən bir hadisə ilə başladığını bildirən Ömər Çelik Süleymani ilə “Haşdi Şabi” təşkilatının sədr müavini Əbu Mehdi əl-Mühəndisin yanvarın 3-də bir sui-qəsd nəticəsində öldürüldüyünü xatırladıb.

Ömər Çelik dəyib ki, bu sui-qəsd Orta Şərqə və beynəlxalq əlaqələrə birbaşa öz təsirini göstərəcək nəticələr doğurdu. Bunun hər gün yeni açıqlamalarla ardıcıl təsirləri ortaya çıxır və Türkiyə bunları yaxından təqib edir.  

Çelik İraqın gərginliyin çox dərinləşdiyi, gərginliyin, zorakılığın güclü olduğu bir sahə olduğunu ifadə edərək davamla deyib:

“Bu hadisədən sonra İranın nüvə sazişdən tamamilə çıxdığını elan etməsi, İraqda hava limanında baş verən bu sui-qəsdin sadəcə bölgəyə deyil, dünyaya da necə təsir edə biləyəcini göstərməsi baxımından simvol bir açıqlama olmuşdur. Münasibətilə həm İraqın, həm bölgəmizin, həm dünyanın təhlükəsizliyi və sabitliyi baxımından son dərəcə mənfi nəticələr doğuracaq hadisələr belə işə daxil olmuşdur.”

Bu hücumun bölgədəki sabitsizliyi daha da artıracağına diqqət çəkən Ömər Çelik qarşılıqlı təhdidlərin hər an daha da artdığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr