Hulusi Akar Ceyms Cefri və Devid Saferfildi qəbul etdi

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə...

1303158
Hulusi Akar Ceyms Cefri və Devid Saferfildi qəbul etdi

 

  Türkiyə milli müdafiə naziri Hulusi Akar Amerika Birləşmiş Ştatları (ABŞ) Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri (James Jeffrey) və ABŞ-ın  Türkiyə üzrə səfiri Devid Saferfildi (David Satterfield) qəbul edib.

  Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, milli müdafiə nazirinin müavini Yunus Əmrə Karaosmanoğlu ilə isə Ceyms Cefrinin (James Jeffrey) başçılığı altında heyətlərarası görüş gerçəkləşib. Söhbət zamanı ABŞ-la 17 oktyabrda imzalanan müqavilə ilə bağlı ayrıntılar müzakirə olunub.  

  Heyətlərarası görüşdən sonra türkiyəli nazir Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri və ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfildi qəbul etdi.



Әlaqәli Xәbәrlәr