“Sülh çeşməsi” hərəkatında Türkiyə müdafiə sənayesinin yerli və milli silah sistemləri

TSQ və Suriya Milli Ordusunun Suriyanın şimalında YPG/PKK və DAEŞ terror təşkilatlarına qarşı başladığı “Sülh çeşməsi” hərəkatında Türkiyə müdafiə sənayesi tərəfindən istehsal edilən çox sayda yerli və milli silah sistemləri istifadə edilir.

1285916
“Sülh çeşməsi” hərəkatında Türkiyə müdafiə sənayesinin yerli və milli silah sistemləri

  Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror koridorunu yox etmək, bölgəyə barış və dinclik gətirmək məqsədiylə Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriya Milli Ordusu ilə Suriyanın şimalında YPG/PKK və DAEŞ terror təşkilatlarına qarşı başladığı “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatında Türkiyə müdafiə sənayesi tərəfindən istehsal edilən çox sayda yerli və milli silah sistemləri istifadə edilir.

  ASELSAN tərəfindən xüsusi olaraq inkişaf etdirilən, hədəf radarların qarışdırılıb aldadılması və işgörməz hala düşməsini təmin edən KORAL mobil elektron hərb sistemi “Sülh çeşməsi” hərəkatının ilk dəqiqələrində kritik rol oynadı.

  KORAL-ın dövrəyə girib terrorçuların xəbərləşmə şəbəkəsini kəsməsiylə əməliyyat başladı.

  “Sülh çeşməsi” hava hərəkatından sonra quru atəş dəstək vasitələriylə terrorçulara aid hədəflər vuruldu.

  ROKETSAN-ın inkişaf etdirdiyi T-122 çoxlüləli roketatar sistemi (ÇNRA) ilə Resulayn və Tel-Abyaddakı terrorçulara aid sığınacaq, anbar və digər mövqelər atəşə tutulub.

  “Baykar” tərəfindən inkişaf etdirilərək istifadəyə verilən və TSQ bünyəsində 2014-cü ildən bu yana aktiv olaraq işlədilən pilotsuz uçan aparat - SİHA Bayraktar TB2 həm hərəkatdan əvvəl kəşfiyyatı təminetmə, həm də hərəkat əsnasında hədəfləri zərəsizləşdirməkdə fəal rol oynayır.

  ASELSAN-ın inkişaf etdirdiyi, terrorla mübarizədə müvəffəqiyyətli olan T-155 “Fırtına” tankı (howitzer) da “Sülh çeşməsi” hərəkatında vardır.

  Türkiyə Havaçılıq və Kosmos Sənayesi anonim şirkətinin (TUSAŞ) rəhbərliyilə inkişaf etdirilən “Göktürk-1” peyki də yüksək dəqiqlikli əmsalı ilə görüntü təmin edərək “Sülh çeşməsi” hərəkatında Türkiyə Silahlı Qüvvələrinin hədəf kəşfiyyatının ehtiyacını coğrafi məhdudlaşdırma olmadan aradan qaldırır.

  Bu silah və sistemlərlə yanaşı, Türkiyə Silahlı Qüvvələri invantarında olan çox sayda yerli və milli texnoloji təchizat və vasitələr də də əsgərlərin mübarizəsində əhəmiyyətli rol oynayır.

  “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatlarında bütün dünyanın marağını çəkən T129 hücum vertolyotu, lazerlə idarə olunan mərmi Cirit, nüfuzedici bomba, həssas nəzarət kataloqu, lazer arayıcı başlıqlı mini ağıllı sursat - MAM-L, SERHAD minomyot təsbit radar sistemi, milli piyada tüfəngi - MPT-76 kimi yerli məhsulların da “Sülh çeşməsi” hərəkatının müxtəlif mərhələlərində bir daha güclərini sınaması gözlənilir.



Әlaqәli Xәbәrlәr