İbrahim Kalın Ceyms Cefri ilә görüşüb

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim  Kalın Amerika Birlәşmiş Ştatlarının Suriya üzrә xüsusi nümayәndәsi Ceyms Cefri ilә görüşüb.

1276178
İbrahim Kalın Ceyms Cefri ilә görüşüb

 

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim  Kalın Amerika Birlәşmiş Ştatlarının Suriya üzrә xüsusi nümayәndәsi Ceyms Cefri ilә görüşüb.

İbrahim Kalın ilә Ceyms Cefri Amerika Birlәşmiş Ştatlarının Nyu-York şәhәrindә keçirilәn Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Mәclisinin 74-cü sessiyası çәrçivәsindә bir araya gәliblәr.

Görüşdә Suriya ilә bağlı aktual proseslәr, İdlibdәki son vәziyyәt, Suriya konstitusiya komitәsinin yaradılması mәsәlәlәari müzakirә olunub.

Görüşdә hәmçinin  Suriyada daimi sülhün təmin olunması üçün birgə səylərin artırılması mövzusunda razılıq әldә olunub.



Әlaqәli Xәbәrlәr