Çavuşoğlu: "Şimali Makedoniya ilə təbii müttəfiqik, NATO-da da rəsmi şəkildə müttəfiq olacağıq"

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Makedoniyanın paytaxtı Skopyedəki səfər proqramı çərçivəsində həmkarı Nikola Dimitrov ilə görüşdü

1236624
Çavuşoğlu: "Şimali Makedoniya ilə təbii müttəfiqik, NATO-da da rəsmi şəkildə müttəfiq olacağıq"

 
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Makedoniyanın paytaxtı Skopyedəki səfər proqramı çərçivəsində həmkarı Nikola Dimitrov ilə görüşdü
 
 Çavuşoğlu görüşdən sonra keçirilən birgə mətbuat konfransında bu gün və dünən keçirdikləri görüşlərdə ikitərəfli münasibətləri nəzərdən keçirdiklərini bildirərək: " Mükəmməl siyasi əlaqələrimiz var. Təbii müttəfiqik, amma indi NATO-da da rəsmi şəkildə müttəfiq olacağıq" dedi.
 
 Türkiyə Böyük Millət Məclisinin Şimali Makedoniyanın NATO-ya üzvlük protokolunu səfərindən əvvəl təsdiq etməsinə görə hiss etdiyi məmnuniyyəti dilə gətirən Çavuşoğlu Türkiyənin bundan sonrakı prosesdə də dəstəyinin  davam edəcəyini söylədi.
 
 Şimali Makedoniyanın və Qərbi Balkan ölkələrinin Avroatlantik qurumlarına inteqrasiyasının yalnız bu ölkələr üçün deyil, bölgənin də sabitliyi üçün həyati əhəmiyyətə malik olduğunu qeyd edən Çavuşoğlu Şimali Makedoniyanın oktyabrda Avropa İttifaqı ilə üzvlük  müzakirələrinə başlaması arzusunu dilə gətirdi.
 
Çavuşoğlu ikitərəfli ticarət həcminin səviyyəli və sabit bir şəkildə artdığına işarə edərək, 1 milyard dollar hədəfinə çatmaq üçün bir az da səy göstərilməsinin vacibliyini vurğuladı.
 
 Şimali Makedoniyada 100-ə qədər Türk firması olduğunu və bu firmaların bir çoxunun Türkiyənin ən güclü firmaları olduğunu qeyd edən Çavuşoğlu Türk firmalarına verdiyi dəstəyə görə Şimal Makedoniyaya təşəkkür etdi.



Әlaqәli Xәbәrlәr